ŞOK! 28 ildən sonra qadın olduğunu öyrəndi - FOTO

MARAQLI
13:08 14.01.2011
2346

 

Böyük Britaniyada uzun illər kişi kimi yaşayan şəxs əslində qadın olduğunu öyrənib. 31-yaşlı Metyu adlı oğlan Adel Markhem adlı qadına çevrilib. Hazırda adi qadınlar kimi şoppinqi sevən və ərə getməyi arzulayan Adel 28 yaşına kimi kişi kimi yaşayıb. 

İş ondadır ki, Adel nadir genetik xəstəlik olan Klinefelter sindromu ilə dünyaya gəlb. Artıq iki qızı olan ailə oğlanlarının doğulmasına çox sevinib. Valideynlər uşağın nə üçün qızlarla oynamağı sevdiyinə heç bir məna verə bilməsələr də, bunun üçün onu tez-tez cəzalandırıblar. "Texniki" olaraq oğlan hesab edilən körpə elə oğlan kimi də tərbiyə edilib. Lakin həkimlər anomallığı müşahidə ediblər. Belə ki, onun üzündə tük çıxmayıb. Hormonal müalicədən sonra sinəsi böyüməyə başlayıb. 

Bəlli olub ki, onda xromosom sayı ilə bağlı çatışmazlıq var. Həkimlər onda XXY xromosom olduğunu aşkar ediblər. Qeyd edək ki, adi kişidə xromosom dəsti XY, qadında isə XX olmalıdır. 

"Mən bir az böyüyəndən sonra həkimlər valideynlərimə əməliyyat olunmalı olduğumu dedilər. Ancaq onlar qüsurun nədə olduğunu bilmirdilər. Mən həmişə qız olduğumu hiss etmişəm. Lakin valideynlərim bu barədə heç nə eşitmək istəmirdilər. Onların əlində mənim oğlan olmadığımı düşünməyə əsas verən heç nə yox idi", deyə Adel bildirib. 

Davranışlarının səbəbinə özü də aydınlıq verə bilməyən Adel 16 yaşında Londona gələrək mavi qruplara qoşulub. Özünün cinsi azlıqlara aid olmadığını bilən oğlan yalnız 28 yaşında həkimə müraciət etməyə qərar verib. Bir sıra testlər keçirən həkimlər nəhayət onun xəstəliyini müəyyən edə biliblər. Bundan sonra dərmanla müalicəyə başlayan Adel hazırda cinsini dəyişmək üçün əməliyyata hazırlaşır. 

"Mən uzun illər qadın olmaq üçün mübarizə aparmışam. Nəhayət indi mən kim olduğumu bilirəm", deyə Adel bildirib. Hazırda o, özü kimilərə ictimaiyyətin psixoloji təzyiqindən qurtulmaq üçün xüsusi proqram hazırlayıb. //Ans Press

 


OXŞAR XƏBƏRLƏR