Şok! 74 yaşlı nənənin dəmir əzələləri - FOTO

MARAQLI
05:26 31.05.2011
2062

Milli.Az xəbər portalı "The Washington Post"a istinadən bildirir ki,ABŞ-ın Baltimor şəhərində yaşayan Ernetsin Şeperdın adı Ginnesin Rekordlar Kitabındadır. Çünki 74 yaşlı bu nənə düynanın ən qoca bodibilder qadınıdır. 
Dəmir əzələli bu qadının vücudu sanki 25-30 yaşlı qadının bədənidir. Fəqət, onun dərisinin altındakı əzələlərə gənc oğlanlar belə, həsəd apara bilər.

Baltimorda 53 yaşlı oğlu və 14 yaşlı nəvəsi ilə ilə yaşayan "dəmir bədənli” nənənin əri, 54 yaşlı Kollin Şeperdin dediyinə görə, hər gün 7 saat məşq edən arvadla yaşamaq onun üçün əsla problem deyil.

Ernestin nənə məşq etməklə yanaşı, Baltimorun "High Cym" idman mərkəzində bodibildinq və fitness dərsləri kerir.

Sabiq "Mister Kainat" Yonni Şamburqerin dediyinə görə, Ernestin Şeperd indiyədək 6 beynəlxalq bodibildinq yarışında qalib gəlib.

Ernestin nənənin dediyinə görə, hər səhər saat 4-də yuxudan ayılır, evinin yanındakı parkda nahara qədər məşq edir, ən azı 12 kilometr qaçır.

Üstəlik o, gündə üç dəfə çiy yumurta içdiyini də söyləyib.

"74 yaşım olsa da, vücudum gənc qızın bədəni təkidir. Təəccüblənməyin, buna hər insan nail ola bilər. Sadəcə, intizamlı olmaq, zərərli vərdişlərdən kənar durmaq, idman etmək və ən başlıcası, insanları sevmək gərəkdir. Paxıllıq və kin bütün xəstəliklərin mənbəyidir", - Ernestin Şeperd deyib.

O daha sonra bildirib ki, son 18 ildə onlarla müsabiqədə qalib gəlsə də, gənclik illərindən bodibildinqlə məşğul olmayıb: "Məşqlərə 56 yaşımda başlamışam. Günlərin birində bacımla idman mərkəzinə getmişdik. Orada bodibilderləri görəndə düşündüm ki, axı niyə mən belə deyiləm?! Dedim və ertəsi gün məşqlərə başladım. Bir qədər keçdi, bacım anevrizmadan öldü. Onun ölümündən sonra depressiyaya düşmüşdüm. Amma sonra özümə dedim ki, yetər, Ernestin - ayıl və bacının xatirəsinə çalış!"

Onun sözlərinə görə, tanış-bilişi bu yaşda ağır məşqlərin zərərli olduğunu, bodibildinqin ömrü uzatmayacağını söyləyirlər.

"Qoy, desinlər. Əslində, hamımız nə zamansa öləcəyik. Mən isə ölüm gününə qədər gümrah, qüvvəli və sağlam olmaq istəyirəm", - Ernestin Şeperd deyib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

{jcomments off}

OXŞAR XƏBƏRLƏR