ŞOK! Deputatın qəzetində aləm bir-birinə dəydi

MARAQLI
18:56 22.07.2011
2108

Onun sözlərinə görə, işçilərin işdən çıxmasına səbəb qəzetin təsisçisi Gülər Əhmədovanın 22 İyul Milli Mətbuat Günü ilə bağlı “hədiyyəsi” olub. Məhz Gülər Əhmədova da işçilərin qovulmasını onların jurnalistika bacarıqlarının qənaətbəxş olmaması ilə izah edib.

AZXEBER.COM portalı isə deputat xanımın sahibi olduğu eyni adlı agentliyin işçiləri ilə qəzetin işçiləri arasında çəkişmələrin olduğuna dair məlumatlar əldə edib. Etibarlı mənbənin AZXEBER.COM-a verdiyi məlumata görə, Gülər Əhmədova qəzetin işçilərinin işindən razı deyilmiş: “Gülər xanım qəzetin işçilərindən razı deyildi. Onlara verilən əməkhaqqılar da yüksək idi. Ancaq nəticə olmadıqdan sonra Gülər xanım işçilərin bəzilərini işdən çıxartdı”. Məhz etibarlı mənbə Gülər Əhmədovanın eyni adlı xəbər agentliyinin işçiləri ilə qəzetin işçiləri arasında olan çəkişmənin agentliyin baş redaktoru Nigar Almanqızı işdən çıxarıldıqdan sonra daha da artdığını söyləyib: “Nigar Almanqızı işdən ayrıldıqdan sonra agentliyin işçilərinin varlığı qəzet işçilərinə daha çox təsir edirdi. Buna baxmayaraq qəzetin işçiləri arasında da, çəkişmələr mövcud idi”.

Gülər Əhmədova Qafqazinfoya açıqlamasında faktı təsdiqləyib və bildirib ki, həqiqətən bir neçə əməkdaş istefa verib: “Bunun təşəbbüskarı isə özüm olmuşam. Neçə nəfərin işdən çıxdığını bilmirəm. Mən onların qarşısında ciddi jurnalistika tələbi qoymuşam. Maaşlarının da azaldılmağı yazıları ilə bağlıdır. Yazılarının səviyyəsinə görə maaş müəyyənləşdirmişdim. Gedənlərə yaxşı yol. Əslində bu normal bir prosesdir, digər redaksiyalarda da baş verir. Redaksiyadakı dəyişikliyi sabah oxucular qəzetdə görəcəklər”


Mövzuya yenidən qayıdacağıq...


OXŞAR XƏBƏRLƏR