ŞOK! Millət vəkili Azərbaycan futbolçularını qoyun adlandırdı
İDMAN
12:29 01.04.2011
2438
"Yığmanın başına yerli məşqçilərdən birini qoysalar, Foqtsdan-boksdan daha başarılı olar"
Milli Məclisin üzvü Sabir Rüstəmxanlı Azərbaycanın milli komandasının üzvləri barədə sərt ittihamlar səsləndirib.
AZXEBER.COM "Futbol+" qəzetinə istinadən xəbər verir ki, millət vəkili millimizə azarkeşlik etmədiyini deyib: "Yalnız televiziya vasitəsilə müəyyən epizodlara baxıram. O gün təsadüfən Belçika ilə görüşü izlədim. Müdafiədə oturub rəqibin nə vaxt üzərinə gələcəyini gözləyirlər. Görmüşük ki, istənilən idman növündə döyüşçü qarşısındakı rəqibin üzərinə getsin, ona hansı gücə sahib olduğunu göstərsin".