"Şou-biznesdəki kişi müğənnilərimizin əksəriyyəti qadın səsi çıxarır".

ŞOU-BİZNES
20:54 04.03.2011
1686
Bu ya təbiətdən, yaxud da yaşadığmız mühitdən asılıdır”. Bu sözləri əməkdar incəsənət xadimi, “Muğam” teatrının direktoru və baş rejissoru, “Şöhrət” ordenli Arif Qaziyev deyib: “Əvvəllər kişi oxuyanda deyərdilər gör nə gözəl kişi səsi var, nə qaltanlı səsi var. İndi isə qız kimi cır səs çıxarırlar. Qulaq asanlar da deyir ki, gör nə gözəl oxuyur”.

A.Qazıyevin fikrincə, təbiət Azərbaycanın kişi müğənnilərinin səs tembrini dəyişib: “Ola bilsin ki, başqa bir əmmaları var və qadın səsi çıxarmaları ondan irəli gəlir. Çox qəliz məsələdir, qoy bu haqda özləri danışsın”.

Əməkdar incəsənət xadimi kişi müğənnliərdən fərqli olaraq ümumi kişilər barədə nisbətən müsbət fikirlər səsləndiridi: “Kişilər əvvəlki illərələ müqayisədə nisbətən geyimlərini düzəldiblər. Geyim onun üçündür ki, ondan zovq alasan. Bu bir mədəniyyətdir. Geyim mədəniyyəti əvvllərə kişilərimizdə daha pis idi, indi yaxşılaşıb, geyimlərinə fikir verirlər. Düzdü ola bilsin ki, mədəniyyətləri o qədər də yüksək deyil, amma geyimləri müasirdir. Əfsuslar olsun ki, içəriləri hələ də köhnədir. Köhnəliyi özlərindən çıxara bilmirlər”.

OXŞAR XƏBƏRLƏR