"Şuşanın işğal günü ermənini məğlub edəcəm" (EKSKLÜZİV)

İDMAN
16:20 03.05.2011
2215

- Özünüzü oxucularımıza təqdim edin

- Bağırov Fərid Vaqif oqlu -(ILHAMLI SHAHIN) ləqəbimdir. Bakı şəhərində anadan olmuşam. Hazırda 36 yaşım var və Moskvada yaşayıram. 

- Neçə ildi bu idmanla məşgulsunuz?

- 9 ildir ki, idmanla məşğulam. Uşaqlıqdan bu idman növünə həvəsim olub.

- İndiyə qədər ən uğurlu döyüşünüz hansı olub?

- 27 mart 2011-ci tarixində ən uğurlu görüşümü keçirdim. Rəqibim erməni idmançı idi. Onu 55 saniyəyə məğlub etdim. Rəqibin düşmən olması məni daha da həyəcanlandırırdı və çox xoşbəxtəm ki, onu məğlub edə bildim.

- Bildiyimiz qədərilə 8 may – Şuşanın işğalı günü erməni idmançı ilə görüşəcəksiz. Bu haqda nə deyə bilərsiz

- Bəli, bu görüşün Azərbaycanın əbədi və əzəli torpağı olan Şuşanın işğal gününə təsadüf etməsi məsuliyyəti 2 qat artırır. Amma əminəm ki, Şuşanın işğal günü erməni idmançını məğlub edəcəm. Azərbaycan xalqı bu görüşdə məndən yalnız və yalnız qələbə gözləsin. 

- Rusiyada yaşayan həmyerlilərimiz sizi dəstəkləyirlərmi?

- Çox təəsüf ki, bu suala müsbət cavab verə bilməyəcəm. Çünki ermənilərlə müqayisədə azərbaycanlılar çox passivdirlər. Mənə dəstək verənlər çox azdır. Ermənini məğlub etdim amma bunun qarşılığında məni çox az həmyerlimiz təbrik etdi. Dəstək az da olsa var. Bu günlərdə 60 nəfər həmyerlimiz mən dəstəkləmək üçün Moskvaya gəlib. İnanıram ki, onları sevindirəcəm. Mən fəxr edirəm ki, Azərbaycan bayrağını ucaldıram, bu mənim vətəndaşlıq borcumdur. .

- Sonda oxucularımıza son olaraq nə demək istərdiz…

- Sonda demək istəyirəm ki, inşAllah bu qələbəni Qarabağda qeyd edək. Mən bu gün idmançı kimi missiyamı yerinə yetirirəm. Ermənilər burada çox aktivdirlər buna baxmayaraq biz mübarizəmizi davam etdirməliyik. Hərəmiz öz sahəmizdə uğur qazanmalıyıq. 8 may günü Azərbaycan xalqı məndən yalnız qələbə gözləsin. Mən xalqımızı sevindirəcəm.

 

azgegetImage

OXŞAR XƏBƏRLƏR