36 yaşlı kişi əvvəlcə döyüldü - Sonra güllələndi

36 yaşlı kişi əvvəlcə döyüldü - Sonra güllələndi
SOSİAL
13:41 10.01.2017
2071

Masallı rayon sakininə kustar üsulla hazırlanmış tapançadan atəş açılıb.

Masallı rayonunun Yeyən kənd sakini, 36 yaşlı Xəqani Qədirov Masallı Rayon Mərkəzi (RMX) xəstəxanasına yerləşdirilib.

İnsident rayonun "İstisu" sanataroyasi yaxınlığında, Qəriblər kəndi ərazisində baş verib. İlkin məlumata görə X.Qədirov iki nəfər Ərkivan qəsəbə sakinləri tərəfindən döyülüb və sonradan tapançadan atəş açılıb.

Hadisənin iki tərəf arasında yaranan mübahisə zamanı baş verib.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb.

///"Report"
OXŞAR XƏBƏRLƏR