37 yaşlı kişini döyüb çənəsini sındırdılar

37 yaşlı kişini döyüb çənəsini sındırdılar
SOSİAL
23:23 29.08.2018
6364
Tovuz rayonunda döyülmə hadisəsi baş verib.

AZXEER.COM Trend-ə istinadən bildirir ki, hadisə rayonun Qovlar qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Quliyev Əvəz Eyvaz oğlu naməlum şəxs tərəfindən döyülüb.

O, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, Ə.Quliyevin alt çənəsi döyülərək sındırılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR