37 yaşlı qadın əməliyyatdan sonra vəfat edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Türkiyədə özəl xəstəxanalardan birində varikoz əməliyyatı olunan 37 yaşlı Tuğba Parlak vəfat edib.
Varikoz əməliyyatı keçirən iki uşaq anası olan Tuğba əməliyyat olunnduğu gün evə buraxılıb. Bundan sonra halı pisləşən qadın yenidən xəstəxanaya aparılıb.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 2 uşaq anası aprelin 24-də dünyasını dəyişib.
Mərhumun yaxınları həkimə, xəstəxana rəhbərliyinə və 112 Təcili Zəng Mərkəzinin əməkdaşlarına xəbərdarlıqdan 27 dəqiqə sonra evə gəldiklərini iddia edərək cinayət işi qaldırıb.
Günel