37 yaşlı qadın şahzadəni məhkəməyə verdi - Ona təcavüz edib

37 yaşlı qadın şahzadəni məhkəməyə verdi - Ona təcavüz edib
DÜNYA
13:53 11.08.2021
1263
İngiltərədə bir qadın Şahzadə Endryu tərəfindən təcavüzə məruz qalıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Virjina Roberts adlı qadın 17 yaşında olarkən İngiltərə şahzadəsi Endryu tərəfindən cinsi istismara məruz qaldığını dilə gətirib. Bu səbəbdən Virjina Roberts Nyu-Yorkda şahzadəni məhkəməyə verib.

İddiada Şahzadə Endryu Virjinanın yaşını bilməsinə və cinsi alver qurbanı olmasına baxmayaraq, razılıq olmadan cinsi əlaqədə olmaqda günahlandırılır.

Qeyd edək ki, Şahzadə Endryu İngiltərə kraliçası Yelizabetanın oğludur.
 
Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR