37 yaşlı qadın özünü körpüdən atdı

37 yaşlı qadın özünü körpüdən atdı
SOSİAL
16:45 16.09.2017
1363
Qazaxda intihara cəhd olub.
 
APA-nın verdiyi məlumata görə, rayon sakini, 1980-ci il təvəllüdlü Yusifova Nəsibə Cavanşir qızı Qazax şəhərində, parkın yaxınlığında yerləşən körpüdən özünü atıb.
 
Ağır xəsarət alan qadın Qazax Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb, ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. Qadının hansı səbəbdən özünü körpüdən atdığı məlum deyil.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR