Şirvan şəhərinda 37 yaşlı piyada vurulub.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, Şirvan şəhər sakini, 1981-ci il təvəllüdlü Yeganə Vahid qızı Kərimovanı yolu keçmək istəyərkən minik avtomobili vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sakin Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.