17:45 Bazar Ertəsi, 17 Fevral 2020
Seçki2020

38 saylı dairənin seçiciləri: "Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik"

15:04, 21.01.20202647
38 saylı dairənin seçiciləri:
Yeni Azərbaycan Partiyası tərəfindən 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyi irəli sürülən Naqif Həmzəyevin seçiciləri ilə görüşləri davam edir.

Seçicilərlə görüş üçün nəzərdə tutulmuş yerlərdə görüşlər keçirən Naqif Həmzəyev həmçinin 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin ərazisində olan məhəllələrdə olur, seçicilərlə grüşür.

Seçiçilər də öz növbəsində deputatlığa namizədin görüşlərinə böyük maraq göstərir, onları maraqlandıran sualları Naqif Həmzəyevə ünvanlayırlar.

Seçicilərin fəallığı ilə keçən görüşlərdə Naqif Həmzəyev bildirib ki, V çağıırış Milli Məclisin deputatı kimi fəaliyyətim dövründə də qapımız hər zaman bütün seçicilərin üzünə açıq olub. Seçicilərimin etimadını doğrultmağı həmişə özümə borc hesab etmişəm, səlahiyyətim çərçivəsində müraciətlərinizin həllinə çalışmışam. Naqif Həmzəyevin V çağıırış Milli Məclisin deputatı kimi fəaliyyətini yüksək dəyərləndirən seçicilər birmənalı olaraq, növbəti dəfə də ona səs verəcəklərini bildiriblər.

Naqif Həmzəyev seçicilərə səmimiyyətə və isti münasibətə görə təşəkkür edib, fevralın 9-da fəal olmağa, seçkilərə qatılmağa, etimadlarını doğruldacaq namizədə səs verməyə çağırıb.
 

 

 

 

 

 

 



XƏBƏR LENTİ