38 yaşında diplom alan icra başçısının milyonluq yeyintisi - Prezidentə belə yalan danışıb RƏSMİ FAKTLAR

38 yaşında diplom alan icra başçısının milyonluq yeyintisi - Prezidentə belə yalan danışıb  RƏSMİ FAKTLAR
SOSİAL
18:40 30.08.2016
16529

Hesablama Palatası dövlət büdcəsindən 2013-2015-cı illərdə Biləsuvar rayon İcra Hakimiyyətinə (RİH) ayrılmış vəsaitlərinaudit yoxlanışında küllü miqdarda yeyinti aşkarlayıb.

Azərbaycanda ən çox ölkə rəhbərliyinə və mətbuata ünvanlanan şikayətlər arasında ön sıralarda olan Biləsuvar rayonu ilə bağlı Hesablama Palatası audit yoxlaması keçirib.

AZXEBER.COM xəbər verir ki, qurumun rəsmi açıqlamasında audit 9 tədbiri, o cümlədən beş məktəb və bir inzibati bina və iki yolun tikintisi, həmçinin “Biləsuvar rayonu ərazisində abadlıq və quruculuq işlərinin yerinə yetirilməsi” layihəsi üzrə ümumilikdə 31363,8 min manat məbləğində vəsaiti əhatə etdiyi qeyd olunub. Yoxlanışlar zamanı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan 5 tədbir vaxtında başa çatdırılmadığı ortaya çıxıb.

Araşdırmalar zamanı, tikintisi başa çatdırılmış məktəb binalarının istismara verilməsi üçün tərtib olunan dövlət qəbul komissiyasının aktlarından əvvəl işçi komissiyasının aktları tərtib olunmadığı, 4 obyekt üzrə son ödəmə texniki təminat müddəti nəzərə alınmadan həyata keçirildiyi qeyd olunub. Bir sıra hallarda sonradan üstü örtülən işlərin və məsul konstruksiyalarının qəbulu, su, istilik, qaz təchizatı və kanalizasiya sistemlərinin və s. sınaqları barədə müvafiq aktlar tərtib edilməyib, yerinə yetirilməyən bəzi tikinti-quraşdırma işləri qəbul aktlarına daxil edilib. Bir sıra hallarda müxtəlif mebel və inventarların podratçı təşkilat tərəfindən məktəblərə təhvil verilməsi tam təmin olunmayıb. 1 yanvar 2016-cı il tarixə başa çatdırılmamış kapital qoyuluş üzrə 1 obyektin dəyərinin, 10 obyekt üzrə isə kreditor borc məbləğinin mühasibat uçotunda və maliyyə hesabatlarında əks etdirilməyib.

Hesablama Palatası açıqlamasında nöqsanların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib.

38 yaşında diplom alan icra başçısının rəhbərlik etdiyi Biləsuvar

Maraqlı olan məqamlardan biri də bundan öncə də Hesablama Palatasının Biləsuvar Rayon İcra Hakimiyyətində dəfələrlə çoxlu sayda yeyintilərin olduğu və dövlət büdcəsinin bu rayonda talan edilməsi ilə bağlı məlumatlar yayımlamasıdır. Belə ki, 2015-ci ildə Hesablama Palatasının Kollegiyası nəzarət tədbirlərinin nəticələrində Biləsuvar Rayon İcra Hakimiyyətində tikinti üçün dövlət büdcəsindən ayrılan vəsaitlərinin xərclənməsində qanun pozuntuları aşkarlamışdı.

Buna səbəb isə icra başçısı Mahir Quliyevin tikinti işlərini özünə yaxın podratçı şirkətlərə verməsidir. Bu şirkətlərə ayrılan pulların böyük hissəsi icra başçısının özünə qayıtdığı üçün görülən işlər keyfiyyətsizliyi ilə diqqət çəkir. Səbəb isə icra başçısının “haqq”ını çatdıran şirkətin əlindəki pulla ucuz materiallar və ucuz işçi qüvvəsi işlədərək ortaya iş çıxartmağa çalışmasıdır.

Bundan başqa icra başçısı prezident İlham Əliyevin Biləsuvara hər səfəri zamanı məktəblərin və tikintisi başa çatan obyektlərin ən yaxşı materiallarla tikildiyini söyləyirmiş. O prezidentə binaların uzun müddət davamiyyəti olduğunu da deyirmiş. Ancaq Hesablama Palatasının araşdırması M.Quliyevin prezidentə verdiyi məlumatlarda çoxlu sayda yalanlar danışdığını ortaya çıxardıb. 

Onu da qeyd edək ki, bir çox KİV-lərdə əslən Kəlbəcər rayonundan olan Mahir Quliyevin 2000-ci ildə (39 yaşında) “Naxçıvan” universitetini bitirərək diplom aldığı yazılıb. Bundan öncə isə icra başçısının ali təhsili olmadığı və onun restoran işlətdiyi qeyd olunub. 

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi