Türkiyənin Yalova şəhərində İran əsilli 39 yaşlı Abdulmuhammet A., qısqanclıq zəmnində aralarında baş verən mübaisə sonrası həyat yoldaşı 35 yaşlı Seher A.-nı boğazından bıçaqlayaraq öldürüb.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, Abdulmuhammet A., olay sonrası polisə gedərək könüllü təslim olub.
Hadisə dünən gecə saatlarında baş verib.
Abdulmuhammet A.-nın dindirilməsinin davam etdiyi bildirilir.
Digər yandan cütlüyün biri 4 və 11 yaşında uşaqları da var. Qanlı olay zamanı uşaqların evdə başqa otaqda olduqları məlum olublar.