Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1986-cı il təvəllüdlü F.İbrahimovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.