Əflatun Amaşov “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin rəhbərliyinə müraciət etdi

MARAQLI
15:17 29.07.2011
1843

 

AZXEBER.com Mətbuat Şurasının rəsmi saytına istinadən xəbər verir ki, müraciətdə son vaxtlar həmin mətbu nəşrlərdə yazıçı Şamo Arifə istinadən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və onun valideynləri ilə bağlı dərc olunan materiallarda etik çərçivədən kənara çıxdığı bildirilir: «Bu materiallarda etik çərçivədən kənara çıxan məqamların üstünlük təşkil etməsi heç də birmənalı qarşılanmır. Söhbət Azərbaycan ədəbiyyatının, ictimai fikrinin inkişafında xidmətləri olan şəxslər barədə nalayiq fikir və ifadələrin ictimayiləşməsindən getdiyindən məsələ narahatlıq və narazılıq doğurur».
MŞ sədri müraciətdə bildirilib ki, tarixi yaşantılarda, ədəbi-bədii proseslərin bir əsrə yaxın məqamlarında baş verən hadisələrin heç də hamısı özəlliklərinə görə qabardılmalı mövzular deyil. «Bunların ölçülüb-biçilmədən təqdimatından, bəzən şəxsi münasibətlər fonunda ikrah doğuran şəkildə qabardılmasından tərəflərlərdən çox cəmiyyət itirir», - deyə vurğulanıb.
Şura sədri müraciətində həmçinin sözügedən KİV-lərə fəaliyyətlərində cəmiyyət qarşısındakı öhdəliklərinə zidd hallara yol verməməyi, diqqətli olmağı, hadisə və proseslərə həssas yanaşmağı tövsiyyə edib.

 

OXŞAR XƏBƏRLƏR