Əkrəm Əylisli: “Pərviz kimi azad adamlar Yazıçılar Birliyinin 1500 üzvündən daha maraqlıdır”

Əkrəm Əylisli: “Pərviz kimi azad adamlar Yazıçılar Birliyinin 1500 üzvündən daha maraqlıdır”
MARAQLI
19:53 30.06.2011
2335

Qarabağ məsələsinin həllində də güzəşt olmalıdır. Ermənilər o fikirdədirlər ki, onlar Qarabağda çoxdurlar, yaşayıblar, yaşayırlar və bunlar bu torpaqlarda öz qanunları ilə yaşamaq istəyirlər.

 

Azərbaycan isə beynəlxalq hüquqa əsaslanıb ərazi bütövlüyünü təmin etmək istəyir. Siyasi yox, bir az fəlsəfi tərəfdən baxsan, bu mövqelərin hər ikisində müəyyən qədər ədalətli məqamlar var. Heç kim haray-həşir salmasın ki, Əkrəm Əylisli deyir gedin torpaqları verin. Məndeyirəm ki, bu məsələnin həlli üçün hökmən güzəşt lazım olacaq”.

AZXEBER.COM-un məlumatına görə, bunu xalq yazıçısı Əkrəm Əylisli Azadlıq Radiosunun “Pen klub” verilişində deyib. “Bilmirəm onlar nədə, biz nədə güzəştə getməliyik. Amma bizim siyasətdə bir şey var onu demək istəyirəm. Bilirsiniz, siyasət, ərazi bütövlüyünün təmin olunmasına yönələ bilər. Amma heç bir siyasət xalqlari bir-birinə düşmən eləməyə yönələ bilməz. Bizdə imkan yaradırlar, hər yerindən duran erməni xalqı, onun tarixi, mədəniyyəti haqqında ağzına gələni danışır. Xalqlari bir-birinə düşmən eləmək bəşəriyyət qarşısında cinayətdir....”

Ə.Əylisli “Sarı gəlin” mahnısı üstündə mübahisələri də anlamadığını deyib. Onun sözlərinə görə, bəziləri bu temadan istifadə edib insanları aşağı səviyyəli mübahisələrə sövq edir, onların başını qatırlar.

Yazıçı deyir ki, azərbaycanlılarda türklük mentalitetindən başqa, həm də başqa türk xalqlarından fərqli olaraq Qafqaz mentaliteti də var. “Bizim toylarda çalınan bəzi mahnıları Anadoluda toyda çalın, görün kimsə oynayarmı?”

Yazıçının bildirdiyinə görə, Qafqaz xalqlarını birləşdirən ortaq dəyərlər var. Bunları mübahisə predmetinə çevirmək olmaz. “Ümumiyyətlə, mahnı onun oxuyanındır”.

Ədəbiyyatın problemlərindən danışan Ə. Əylisli deyib ki, bu sahədə “vəzifəpərəstlik baş alıb gedir”.

Yazıçı deyib: “Məsələn, Fikrət Qocanın üstünə düşmüşdülər ki, “sən bu mitinqlərin əleyhinə məqalə yazmısan”. Mən o məqaləni oxumamışdım. Amma mən onu bilirəm ki, Fikrət Qoca mitinqlərin əleyhinə yox, öz vəzifəsini qorumaq üçün belə bir yazı yazıb. Onun öz fikri deyil o. Yəni o fikrində hökmən təmənna var. Əgər bir adam bir yerdə 20 il oturubsa, artıq qocalıb əldən düşəndən sonra, bir az da oturmaq üçün belə bir şeyə gedirsə, vəzifə artıq fəlakətə çevrilib Azərbaycan üçün”. 

Ə. Əylisli Milli Kitab Mükafatının yazıçı Pərviz Cəbrayıla verilməsini müsbət dəyərləndirib.

Mükafata layiq görülən “Yad dildə” romanını oxumasa da, P. Cəbrayılın əvvəlki romanı ilə tanış olduğunu, onun haqqında istedadlı adam təsəvvürü yarandığını deyən Ə. Əylisli mükafatın Azərbaycan Yazıçılar Birliyinin 1500 üzvündən heç birinə çatmamasına diqqət çəkib. Onun fikrincə, P.Cəbrayıl “azad adamdır”. “Mənim üçün Pərviz kimi azad adamlar Azərbaycan Yazıçılar Birliyinin 1500 üzvündən daha maraqlıdır”.

Ə. Əylisli P. Cəbrayıla səs verən münsiflərdə təmənna hiss etmədiyini deyib: “Pərviz onlara qonaqlıq verəsi deyildi ki...”

Amma Ə. Əylislinin fikrincə, Pərvizin qalib olmasını istəməyən münsiflər bu məsələdə öz maraqlarına əsaslana bilərdi. P. Cəbrayılla bağlı fikrinə davam edən Ə.Əylisli deyib: “Mən əminliklə deyə bilmərəm ki, P.Cəbrayılın yaratdığı böyük ədəbiyyatdır. Amma Pərvizə desən ki, sənin yaratdığın böyük ədəbiyyat deyil, onun qol-qanadı sınar. Əksinə gənclərə qol-qanad vermək lazımdır”.

Ərəb ölkələrindəki inqilablara toxunan Ə.Əylisli onlarda inqilab romantikası axtaranlarla razılaşmadığını söyləyib. “Qəddafi nə yuvanın quşudu – o ayrı məsələ. Amma ay nə bilim, Qəddafi gedəcək, onun yerinə gələnlər elə bir şərait yaradacaq ki, demokratiya çiçəklənəcək – mən buna inana bilmirəm. Mən bunda romantikanı dərk edə bilmirəm. Bu fəlakətlərdir, çoxlu sayda insanlar qırılır. Uşaqlar, qocalar məhv olur. Bəlkə on illər lazım olacaq ki, o ölkə özünə gəlsin. İnsan taleyi mənim üçün hər şeydən qiymətlidir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
08:26 18.10.2026
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
07:12 18.10.2026
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
07:00 18.10.2026
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
06:40 18.10.2026
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
“İflic olacağam və yataqda qalacağam”
06:28 18.10.2026
“İflic olacağam və yataqda qalacağam”
Makronu ölümlə hədələdilər
06:10 18.10.2026
Makronu ölümlə hədələdilər