Əli Hüseynli "Mavilər və lezbiyanlar"dan yazdı (KÖŞƏ)

Əli Hüseynli "Mavilər və lezbiyanlar"dan yazdı (KÖŞƏ)
KÖŞƏ
11:35 05.06.2011
3972


Tutalım mən gedib hər hansı bir mağazanı yandırdım. Cəmiyyətdən kim çıxıb deyəcək ki, mağazanı Əli Hüseynli yox mən yandırmışam. Təbii ki, heç kim deməyəcək. Çünki, heç kim heç kimə cavabdeh deyil. O zaman niyə hamının işinə qarışırırıq? Azadlıq, azadlıq deyərək düşürük çöllərə. Düşünürük ki, hakimiyyətin dəyişməsi bizi azad edəcək. Etməyəcək!!! Nə qədər ki, cəmiyyət özü azad deyil, evdə kişi arvada, arvad uşağa, uşaq özündən kiçik bacı və ya qardaşına qadağa qoyur demək azadlıqdan söhbət belə gedə bilməz. Nəticə olaraq standartlar yaranır. Həmin o standartlar ki, hərənin evində bir cür qəbul olunub. Tutalım bir ailə dindardır. O zaman həmin ailənin övladları cəmiyyətdə qolu açıq, başı açıq qadın görən kimi lənətləyəcək. Yaxud, bir ailə avropaya meyillidir. Bu tip ailələrin övladları isə küçədə gördüyü hər dindara güləcək. Demək günah özümüzdədir.Öz daxilimiz evimizdən başqa hər yana yansıyır.


Qız sevdiyi oğlanla bir müddət orda burda gəzir ki, tanışlarım görər. O unudur ki, özünə qoyduğu qadağa onu vəhşiləşdirir. Nəticədə daxilində pozqunluğun rüşeymini elə özü yaratmış olur. Bəli, hər hansı ağacın altı, dinə zidd, insanlığa zidd hərəkətlər. Amma, heç kim görmədi bunu. Bir qız getdi. O pozuldu artıq. Səbəbkar kim oldu? Təbii ki, cəmiyyət.

“Deyərlər”. Bu kəlmə çoxlarının həyatını qurur. Kimisini varlı edir, kimisini acından öldürür. Baxın, Bakıda nə qədər mersedes və ya digər xarici maşın var?! Yüzlərlə. Amma, gedin baxın mersedes sürən ailələrin büdcəsinə görün nə qədər kəsirləri var. Yox əşi o xarici maşın sürməlidir. Axı cəmiyyətdə “desinlər” söhbəti var. Kimisi də acından ölür. Amma, rüşvət almır, nə bilim daha nələr etmir. Xeyr, onun vicdanı təmiz deyil. O cəmiyyətdə hakim olan “deyərlər” kəlməsindən çəkinir.

Nəticə olaraq belə qənaətə gəlmək olar ki, cəmiyyətdə 2 tip insanlar “Deyərlər” və ya “Desinlər” kəlməsinə əməl etmir. 1) Mavilər 2) Lezbianlar. Onlar üçün maraqlı deyil desinlər, deyərlər. Deyəcəksiniz cəmiyyətdə dindarlar da var. Bəli var. Amma, göstər mənə bir dindar ki, din onu çərçivəyə salmasın. Göstər mənə bir dindar ki, karyerada uğur qazansın. Göstər mənə bir dindar ki, müasir texnalogiyadan xəbəri olsun. Onlar savadsız deyil. Sadəcə olaraq din onları təcrid edib hər şeydən. Baxın bir telefon alırsınız içində həmin telefonun bələdçi kitabı olur. O kitab ondan ötəridir ki, telefonu düzgün işlədəsən və yararsız hala salmayasan. Allah da yaratdığı üçün kitablar göndərdi ki, insan oxuyub düzgün olan hərəkətləri etsin, uzun ömürlü və sağlam olsun. İnsan neylədi? Hər göndərilən kitabın altında bir toplu qruplaşdı. Sonra o kitabın ətrafındakılarla digər bir kitabın ətrafındakılar bir-birinə düşmən kəsildi. Nəticədə Allah insanları sülhə, əminamanlığa gətirmək isədiyi halda, insanlar özlərini xristian, müsəlman kimi kateqoriyalara ayıraraq bir-biriləri ilə müharibəyə başladı. Bax çərçivə budur. Şiyəlik, sünülik, vahabi... və s. hamısı insanın dindən çərçivə kimi istifadə etməsinin bariz nümunəsidir...

Mavi və Lezbianları özünüz tərəfə çəkə bilməsəniz də, onları insanlığa qaytara bilməsəniz də çalışın öz aranızdan kiminsə onlara qatılmağına səbəb olmayasınız. Cəmiyyət insan azadlığını, fərdiliyi dərk etməlidir. Bunun üçün savad lazım deyil. Savadsızsan o zaman azadlığa qaç, niyə təcridçiliyə qaçırsan?!


Əli Hüseynli

sfera.azersayt.com

OXŞAR XƏBƏRLƏR