Əli Həsənov: “Jurnalistlər və media qurumları daha məsuliyyətli olmalıdır”

Bütün Xəbərlər
05:37 11.05.2011
1561
Diffamasiya qanununun qəbul edilməsi jurnalistlər və jurnalist təşkilatları qarşısında ciddi məsuliyyət yaradır. Bundan sonra jurnalistlər və media qurumları daha məsuliyyətli olmalıdır”.

Lent.az-ın məlumatına görə, bu sözləri Prezident Administrasiyanın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, jurnalistlərin peşəkarlığı artmasa, cəmiyyətdə jurnalist-vətəndaş qarşıdurması davam edəcək.

Ə.Həsənov bəyan edib ki, bu il jurnalistlərin peşəkarlığının artırılması və həmçinin diffamasiya qanununun müzakirəsi davam edəcək və bu sahədə irəliləyiş əldə olunacaq.

 

OXŞAR XƏBƏRLƏR