"Əsasən, türkcə və rusca söyüşlərdən istifadə edirəm".

"Əsasən, türkcə və rusca söyüşlərdən istifadə edirəm".
MARAQLI
08:38 29.12.2010
7169

 

1. Ən sevdiyiniz söz hansıdır?

Müsbət hesab etdiyim anlamları ifadə edən sözlər: proqress, sevinc və s.

2. Nifrət etdiyiniz söz hansıdır?

Soydaş, tərənnüm və s.

3. Sizi nə həyəcanlandıra bilər?

Ağlıma gələn fikir, ideya.

4. Həyəcanınızı nə öldürə bilər?

Yuxugətirən istilik, donduran soyuqluq.

5. Hansı səsi çox sevirsiniz?

O səsi hələ eşitməmişəm.

6. Hansı səsə nifrət edirsiniz?

Yersiz, o an dinləmək istəmədiyim istənilən fiziki titrəşməyə.

7. Hansı peşə (sənət) ilə məşğul olmaq istərdiniz?

Elə indikilərlə.

8. Hansı fitri istedada sahib olmaq istərdiniz?

İstədiyim zaman istədiyim məkanda nəqliyyat vasitələrinin köməyi olmadan peyda olmaq.

9. Özünüz olmasaydınız, kim olmaq istərdiniz?

Böyük bir fərqi olmazdı.

10. Harda yaşamaq isəyərdiniz?

Faroe adalarında.

11. Ən başlıca çatışmazlığınız nədir?

Tənbəllik, yuxuya və kompüter oyunlarına aludəçilik.

12. Sizin ən çox bəyəndiyiniz pis cəhətiniz hansıdır?

Yuxarıda sadalıdıqlarım arabir xoşuma gəlir.

13. Qəhrəmanınız kimdir?

Yoxdur.

14. Çox istifadə etdiyiniz söyüş hansıdır?

Əsasən, türkcə və rusca söyüşlərdən istifadə edirəm.

15. Hal-hazırki əhvalınız (ovqatınız) necədir?

Avtobusda, bir az yorğun, bir az rahat...

16. Həyat fəlsəfənizi hansı şüar ifadə edir?

Heç bir şey barədə birmənalı fikir söyləmək mümkün deyil.

17. Xoşbəxtlik yuxunuz (xəyalınız) hansıdır?

Çox az əsəbləşəcəyim bir həyat yaşamaq.

18. Sizcə bədbəxtliyin tərifi nədir?

Uzun müddət haqsızlığa uğramaq.

19. Necə ölmək istəyərdiniz?

Anlaqlı vəziyyətdə.

20. Ölərkən cənnətə getsəniz, Allahın qapıda sizə nə deməsini istərdiniz?

Otur, bir az dincəl, bir azdan növbəti proyektə başlayırıq.../// abzas.net

OXŞAR XƏBƏRLƏR