4 aya 320 kiloqram arıqladı - FOTO

DÜNYA
15:04 07.03.2014
2152
Səudiyyə Ərəbistanında sərbəst şəkildə yeriyə bilməyən yerli sakin Xalid Muhsin əş-Şairi həkimlərin köməkliyi ilə dörd ay ərzində 610 kiloqramdan 320 kq-dək arıqlayıb.
AZXEBER.COM xəbər verir ki, onun səhhəti ilə kral Fəhd adına Tibb Mərkəzinin mütəxəssisləri məşğul olublar.
O, xüsusi diyetin köməkliyi ilə üç aya 150 kq çəki atıb. Dördüncü ayda isə Əş-Şairi mədəsindən əməliyyat olunub və bu da kişinin daha 170 kq arıqlamasına imkan yaradıb. Müalicə müddəti ərzində Əş-Şairi 21 həkim-məsləhətçi və 15 tibb bacısının nəzarəti altında olub.
OXŞAR XƏBƏRLƏR