4 futbolçu millinin heyətindən kənarlaşdırıldı

İDMAN
11:49 11.10.2012
1019

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskvadakı "Lujniki" stadionunda Rusiya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

AZXEBER.COM AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, baş məşqçi Berti Foqtçun qərarına əsasən, Nizami Hacıyev, Elvin Məmmədov, Ruslan Əmircanov və Usim Nduka bu gündən etibarən təlim-məşq toplanışında iştirak etməyəcək.

OXŞAR XƏBƏRLƏR