4 milyon uşaq dünyaya gətirən alim öldü

DÜNYA
15:41 11.04.2013
1850

Böyük Britaniyada tanınmış alim, süni mayalandırma texnologiyasının müəllifi Robert Edvards dünyasını dəyişib.

AZXEBER.COM  RBK-ya istinadən xəbər verir ki, alim 87 yaşında vəfat edib.R.Edvards 1925-ci ildə Mançester şəhərində doğulub. 1958-ci ildə Londonda Milli Tibbi Araşdırmalar İnstitutunda işləyib və insanın süni mayalandırılması problemlərinin öyrənilməsinin əsasını qoyub.

1963-cü ildə R.Edvards Kembricə köçüb və burada dünyada ilk ekstrokorporal mayalandırma mərkəzini açıb. R.Edvardsın innovasiya üsulları sayəsində təqribən 4 milyondan çox uşaq dünyaya gəlib.

OXŞAR XƏBƏRLƏR