4 min manatlıq dələduzluq: Bolqar qadın azərbaycanlı kişini evlənmək adı ilə aldatdı

4 min manatlıq dələduzluq: Bolqar qadın azərbaycanlı kişini evlənmək adı ilə aldatdı
DÜNYA
18:47 08.11.2022
296
Bolqarıstanın Şumen şəhəri yaxınlığında yerləşən kənddə yaşayan və üç uşaq anası olan qadın azərbaycanlı kişini aldadaraq onun 2 271 avro pulunu (təxminən 4 min manat) dələduzluq yolu ilə ələ keçirib.

Bu barədə Bolqarıstan Milli Radiosu məlumat  yayıb.

Bildirilir ki, məhkəmə sübut toplamadan ittiham aktında göstərilən etirafedici açıqlamalara istinad edib. 

Belə ki, qadın üç il sınaq müddəti elan edilməklə bir il həbs cəzası alıb.

Məlum olub ki, qadın 19-30 noyabr 2020-ci il tarixləri aralığında azərbaycanlıya özü haqqında yalan məlumatlar verib.

O, işsiz olub və xaricdə yaşayan kişini aldatmaq qərarına gəlib.

Qadın "Whatsapp” mobil tətbiqi vasitəsilə Azərbaycandan olan kişi ilə əlaqə saxlayıb. Türkcəni yaxşı bildiyindən əks cinsin nümayəndəsi ilə dərhal əlaqə qura bilib.  

O bildirib ki, məqsədi ciddidir və ərə getmək barədə düşünür. Bolqar qadın qarşı tərəfi inandırıb ki, valideynləri bədbəxt hadisə nəticəsində ölüb və onu nənəsi böyüdüb.

Azərbaycanlı kişi isə oğlunu evləndirməyə hazırlaşdığını bildirib və qadını toyda iştirak etmək üçün Azərbaycana dəvət edib.

Qadın pasport, avtobus və təyyarə bileti üçün pul istəyib. Bundan əlavə o, atasından ona miras qalan və taxdığı qızıl-zinət əşyalarının gömrük rüsumlarının ödənilməsi üçün də vəsait istəyib. Azərbaycanlı kişi artıq pulunun qurtardığını deyəndə bolqar qadın onun zənglərinə cavab verməyib.

Fırıldaqçılığın üstünü açmaq bir qədər vaxt aparıb, lakin Bolqarıstan hüquq-mühafizə orqanlarının əməkdaşları qadını taparaq məsuliyyətə cəlb edə bilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik