“4 mövsüm Qrız” layihəsi başa çatdı: Biznes planların hazırlanmasına dəstək göstərildi

“4 mövsüm Qrız” layihəsi başa çatdı: Biznes planların hazırlanmasına dəstək göstərildi
SOSİAL
22:46 18.09.2025
829
Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən və "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən icra olunan "4 mövsüm Qrız” layihəsi uğurla yekunlaşdı. Quba rayonunun Qrız kəndində həyata keçirilən layihənin sonuncu təlimində qadın iştirakçılar üçün aqroturizm mövzusunda praktiki biliklər təqdim olundu, turizm yönümlü biznesin əsasları izah edildi. Layihə rəhbəri, "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədr müavini Jalə Quliyeva layihənin bölgədə dayanıqlı turizm və qadın təşəbbüskarlığının inkişafına xidmət etdiyini bildirdi: "Bu layihə ilə biz Qrız kəndində qadınların turizm sahəsində fəallaşmasını və öz kiçik bizneslərini qurmaq imkanlarını dəstəklədik. Layihə ərzində yerli resurslara əsaslanan, dörd mövsüm davamlı ola biləcək turizm fəaliyyətlərinə fokuslandıq”.

Quba Regional Turizm İdarəsinin baş mütəxəssisi Azər Səfərov bölgənin turizm potensialına diqqət çəkərək qeyd etdi: "Qrız kəndi təkcə təbiəti ilə deyil, həm də yerli icmanın fəallığı ilə seçilir. Bu cür layihələr sayəsində yerli əhalinin, xüsusilə də qadınların turizm sahəsinə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarla təmin edilməsi uzunmüddətli inkişaf üçün vacib şərtlərdən biridir”.
 
Tədbirdə təlimçi, turizm üzrə mütəxəssis Vüqar Dərgahov aqroturizm fəaliyyətlərinin biznes yönümlü təşkili barədə iştirakçılara ətraflı məlumat verdi: "Aqroturizm təkcə fermerlik deyil, bu, kənd həyatını və yerli mədəniyyəti turizm məhsuluna çevirməkdir. Qrız kəndi bu baxımdan çox unikal imkanlara sahibdir və düzgün planlama ilə bu imkanlar gəlirli fəaliyyət sahəsinə çevrilə bilər”. 

Vüqar Dərgahovun təqdimatında "Qrız kəndində aqroturizm fəaliyyətlərinin biznes planı” mövzusunda təlimdə iştirakçılar biznes planlaşdırma mərhələləri, məhsul seçimi, qiymət formalaşdırılması, xidmət keyfiyyəti və bazara çıxış yolları barədə məlumatlandırıldılar. Təlim iştirakçılarına biznes planların hazırlanmasına dəstək göstərildi. Sessiya sonunda sual-cavab və müzakirələr aparıldı, daha sonra iştirakçılara təlimdə iştirak etdiklərinə dair sertifikatlar təqdim olundu.

"4 mövsüm Qrız” layihəsi çərçivəsində 3 ay ərzində keçirilən təlimlər, praktiki sessiyalar və qadın yönümlü təşviq proqramları Qrız kəndində sosial-iqtisadi fəallığı artırmağa xidmət etdi. Layihənin nəticəsi olaraq yerli qadınlar turizm sahəsində ilkin biznes bilikləri əldə etdilər, kəndin turizm potensialı yerli icma üzvləri tərəfindən daha yaxından tanındı, aqroturizm, ekoturizm və etnoturizm sahələrində fəaliyyət imkanları araşdırıldı. Layihənin sonunda iştirakçılar qrup halında "4 mövsüm Qrız” adlı vahid brend adı altında turizm yönümlü təşəbbüslərini təqdim etdilər.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür
00:46 06.03.2026
Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür
Azərbaycanın XİN başçısı avstriyalı naziri İranın dron hücumu barədə məlumatlandırıb
00:37 06.03.2026
Azərbaycanın XİN başçısı avstriyalı naziri İranın dron hücumu barədə məlumatlandırıb
Ararat Mirzoyan Ceyhun Bayramova zəng edib, İranın dron hücumları müzakirə olunub
00:26 06.03.2026
Ararat Mirzoyan Ceyhun Bayramova zəng edib, İranın dron hücumları müzakirə olunub
Kərim Vəliyev türk, macar və ərəb həmkarları ilə danışdı
00:15 06.03.2026
Kərim Vəliyev türk, macar və ərəb həmkarları ilə danışdı
İtaliyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunub
23:57 05.03.2026
İtaliyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunub
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
23:47 05.03.2026
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
“Azərbaycanın yanındayıq”
23:41 05.03.2026
“Azərbaycanın yanındayıq”
Bakı-İğdır-Bakı marşrutu üzrə uçuş CƏDVƏLİ
23:37 05.03.2026
Bakı-İğdır-Bakı marşrutu üzrə uçuş CƏDVƏLİ
Tehran küçələri boş qalıb: şəhərdə nəzarət məntəqələri qurulub
23:11 05.03.2026
Tehran küçələri boş qalıb: şəhərdə nəzarət məntəqələri qurulub
Monteneqro İranın Naxçıvana hücumunu pisləyib
22:51 05.03.2026
Monteneqro İranın Naxçıvana hücumunu pisləyib
Şahbaz Şərif İranın Azərbaycana dron hücumu ilə bağlı ciddi narahatlığını ifadə edib
22:36 05.03.2026
Şahbaz Şərif İranın Azərbaycana dron hücumu ilə bağlı ciddi narahatlığını ifadə edib
Ərdoğan Naxçıvana dron hücumunu pisləyib
22:32 05.03.2026
Ərdoğan Naxçıvana dron hücumunu pisləyib
Naxçıvanda xəsarət alanlardan 3-ü evə buraxıldı
22:26 05.03.2026
Naxçıvanda xəsarət alanlardan 3-ü evə buraxıldı
"İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir" - İspaniya XİN
22:11 05.03.2026
"İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir" - İspaniya XİN
BMT nümayəndəliyi Azərbaycanla həmrəyliyini ifadə edib
22:07 05.03.2026
BMT nümayəndəliyi Azərbaycanla həmrəyliyini ifadə edib
İlham Əliyev və İrakli Kobaxidze arasında telefon danışığı baş tutub
21:56 05.03.2026
İlham Əliyev və İrakli Kobaxidze arasında telefon danışığı baş tutub