Priştine Universiteti Klinikası Mərkəzinin Həkimlər Yığıncağında 3 ay ərzində təxminən 281 nəfərin donuz qripi şübhəsilə Yoluxucu Xəstəliklər Klinikasına qəbul olunduğu bildirilib. Müayinə olunanların 182 nəfərinin donuz qripinə yoluxduğu aşkarlanıb.
Klinika rəhbərliyinin məlumatına görə, xəstələrdən 4-ü dünyasını dəyişib.Sonuncu ölən xəstənin 41 yaşı olub.
Xəstəliyin yayılmaması üçün lazımi tədbirlərin görüləcəyi bildirlib.