ABŞ-ın Florida ştatındakı Zefirhilss şəhərinin sakini, 27 yaşlı Meqan MakKlouq həbs olunandan sonra məşhurlaşmışdı.
4 uşaq anası fotolarını internetdə yaymış və "ən gözəl məhbus qadın" kimi tanınmışdı. Milli.Az ABC-yə istinadən bildirir ki, həbsxanadan çıxandan sonra ərindən boşanan floridalı qadın indiMeqan Simmonsdur.
O, "yaxşı təklif" alacağı təqdirdə lüt fotosessiyaya çəkiləcəyini deyib. "Əgər Playboy jurnalının sahibi Hyu Höfner mənə maraqlı təklif yollarsa, hər an soyuna bilərəm", - Meqan deyib.