4 yaşlı körpə sükan arxasında (VİDEO)

MARAQLI
14:15 03.09.2011
1816

Çinli ata avtomobilinin sükanını 4 yaşlı qızına etibar edərək arxa oturacaqdan körpənin maşın sürməsini videoya çəkdi. Danışmağı yaxşı bacarmayan 4 yaşlı körpə atasının pedallara yerləşdirdiyi xüsusi riçaqlarla avtomobili ustalıqla idarə edir. Şəhər daxili avtomobil yolunda ötmə əməliyyatı da həyata keçirən 4 yaşlı qız daha sonra yolun qarşısında yol polislərini görərək sükanı atasına təhvil verir. Körpənin və “atasının” oyun kimi baxdığı bu səhlənkarlıq bu dəfə qəzasız bəlasız başa çatır.

OXŞAR XƏBƏRLƏR