4 yaşlı uşaq prezident mühafizəçilərini ayağa qaldırdı

DÜNYA
11:44 13.04.2015
2244
4 yaşlı uşaq Ağ evi ayağa qaldırıb.Aprelin 12-də prezident iqamətgahına naməlum şəxs daxil olub. Buna görə ABŞ-ın gizli xidmət əməkdaşları həyəcan təbili çalıb. Lakin tezliklə məlum olub ki, həmin naməlum şəxs 4 yaşlı uşaq imiş.Hadisə jurnalistlərin gözləri qarşısında baş verib. "Təhlükəsizlik xidmətinin əməkdaşları əllərində silahla qəfildən şimala tərəf qaçmağa başladılar. Müxbirlərə də Ağ evin içərisində gizlənmək məsləhət görüldü", - deyə şahid jurnalistlərdən biri bildirib.
OXŞAR XƏBƏRLƏR