Ancaq o qaçmadı, xalqının yanında oldu. Zirzəmilərdə gecələdi, ancaq qaçmadı. 40 gündür ki, bütün dünya ondan danışır. Söhbətin kimdən getdiyini yəqin ki, bildiniz. Bəli o Dünyanın gündəmində olan Volodimir Zelenskidir.
Dünən Zelenskinin bir fotosu dünya gündəmi oldu. 40 gün ərzində onun qocaldığı, üzünün qırışdığı, gözlərinin altının şişdiyi göründü.
Zelenskinin bu fotosu çoxlarını kədərləndirdi, amma həm də Ukraynalılarda fərəh hissi yaşatdı.
Müharibənin sonunun necə olacağını deyə bilmərəm. Ancaq bir şey faktdır ki, bu savaşda ən yadda qalan şəxs Zelenski olacaq.
Ayşən Mirzəyeva