40 nəfərin ölümünün səbəbi məlum oldu

40 nəfərin ölümünün səbəbi məlum oldu
DÜNYA
23:27 02.01.2026
144
İsveçrənin Krans-Montana kurortundakı barda baş verən yanğına, ehtimal ki, qığılcım lampaları səbəb olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Vale Kantonunun baş prokuroru Beatris Pill bildirib.

Pill qeyd etdi ki, tavan akustik köpüklə örtülüb, buna görə də yanğın çox tez yayılıb.

Baş prokurorun sözlərinə görə, bu, əsas versiyadır, lakin hələlik qəti şəkildə təsdiqlənməyib.

Son məlumatlara görə, yanğında ən azı 40 nəfər ölüb, daha 119 nəfər yaralanıb.
OXŞAR XƏBƏRLƏR