40 yaşından sonra diplom alan bu icra başçılarını siz də tanıyın — FOTOLAR

40 yaşından sonra diplom alan bu icra başçılarını siz də tanıyın — FOTOLAR
SOSİAL
14:31 09.03.2017
34815

 

Dövlət məmurlarının həyatı, tərcümeyi-halı çoxlarına maraqlıdır.

AZXEBER.COM "Yeniavaz.com"-a istinadən xəbər verir ki, bəzən bu məlumatları araşdırarkən maraqlı faktlar üzə çıxır. Bir çox saytlarda isə bəzən onların bir çoxunun ali təhsilləri ilə bağlı xəbərlər dərc olunur, ittihamlar səsləndirilir. Bəzən bu xəbərlərə həmin vəzifəli şəxslər ya münasibət bildirir, ya da ümumiyyətlə reaksiya vermirlər.

Yeri gəlmişkən, internetdə bu mövzuda yazıların, xəbərlərin sayı kifayət qədərdir. Ancaq onların nə dərəcədə doğru olub-olmadığını yəqin ki, özlərindən başqa heç kim bilmir. Biz isə onların barəsində hər hansı ittiham səsləndirmək fikrindən uzağıq. Bu yazımızda tərcümeyi-hallarına əsaslanıb nisbətən yaşlı vaxtlarında ikinci ali təhsil alan vəzifəli şəxslər barədə məlumat verəcəyik. O insanların ki, uzun illərdir dövlət qurumlarında, müxtəlif vəzifələrdə çalışırlar.

Beləliklə, "mən nə qədər qoca olsam da dəyərəm min cavana" deyən məmurlarımızın siyahısını təqdim edirik.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri


"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovun 59 yaşı var. Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Azərbaycan Respublikasının Tərtər rayonunda anadan olub. Tərtər rayonunda orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Sənaye və mülki tikinti" fakültəsinə verib və 1980-ci ildə müvəfəqiyyətlə institutun "Sənaye və mülki tikinti" fakültəsini bitirib. Tərcümeyi-halına əsasən deyə bilərik ki, Saleh Məmmədov 35 il sonra, yəni 2015-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" fakültəsini bitirib. "Hüquqşünaslıq" diplomu alan il Saleh müəllimin 57 yaşı olub.

 

Astara Rayon İcra Hakimiyyətinin başçısı


Astara Rayon İcra Hakimiyyətinin başçısıQəzənfər Ağayevin56 yaşı var. Qəzənfər Arif oğlu Ağayev 1961-ci il noyabr ayının 2-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1990-cı ildə Azərbaycan Texnologiya İnstitutunu bitirib. Tərcümeyi-halına əsasən deyə bilərik ki, 12 il sonra, yəni 2002-ci ildə isə Qəzənfər müəllim Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Həmin ildə Qəzənfər müəllimin 41 yaşı var imiş.

 

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı


Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısıƏhəd Abıyevin59 yaşı var. Abıyev Əhəd Mikayıl oğlu 1958-ci il yanvarın 15-də Masallı rayonunda anadan olub. Tərcümeyi-halına əsasən deyə bilərik ki, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin "Hüquqşünaslıq" fakültəsini bitirib. Lakin tərcümeyi-halında Əhəd müəllimin "Təfəkkür" Universitetinə neçənci ildə daxil olması və bu ali təhsil ocağını bitirməsi barədə məlumat verilməyib.

 

İmişli Rayon İcra Hakimiyyətinin başçısı


İmişli Rayon İcra Hakimiyyətinin başçısıVilyam Hacıyevdə bir qədər gec tələbə olanlardandır. Vilyam Hacıyev 10 avqust 1957-ci ildə Göygöl şəhərində anadan olub.

1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Sankt Peterburq Milli Aviasiya Akademiyasını bitirib. Tərcümeyi-halına əsasən deyə bilərik ki, sonuncu ali təhsilini alarkən Vilyam müəllimin 37 yaşı olub.

 

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı


Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun 53 yaşı var. Ayaz Nəriman oğlu Əsgərov 1964-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1989-cu ildə Moskva ət və süd məhsullarının texnologiyası İnstitutunu bitirib. Bundan 17 il sonra, yəni 2006-cı ildə Ayaz Əsgərov Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Sonuncu ali təhsilini alarkən Ayaz müəllim 42 yaşında olub.

Yalnız bu məlumatları dəqiqləşdirə bildik.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı


 

Bundan başqa bir çox KİV-lərdə əslən Kəlbəcər rayonundan olan Biləsuvar rayon icra başçısı Mahir Quliyevin də 2000-ci ildə (39 yaşında) "Naxçıvan” universitetini bitirərək diplom aldığı yazılıb. Bundan öncə isə icra başçısının ali təhsili olmadığı və onun restoran işlətdiyi qeyd olunub. 

Sonda bir məqamı da qeyd edək ki, biz bu yazımızda sonradan ali təhsil alan vəzifəli şəxslərimizin hamısı barəsində məlumat verə bilməmişik. Yəqin ki, bu siyahıdan kənarda qalan məmurlar, dövlət qulluqçuları, millət vəkilləri də var. Lakin onları bir-bir araşdırmaq, üzə çıxarmaq, müqayisə etmək, hesablama aparmaq çox vaxt tələb edir. Biz isə qısa vaxt ərzində yalnız bu məlumatları dəqiqləşdirə bildik.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
12:41 11.10.2026
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
12:25 11.10.2026
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
Azərbaycan millisi Avstriyaya qalib gəldi
12:23 11.10.2026
Azərbaycan millisi Avstriyaya qalib gəldi
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
12:20 11.10.2026
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
11:50 11.10.2026
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:15 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı