Fransanın "Marsel” klubu əfsanəvi qapıçısı Stiv Mandandanın 30 nömrəli formasını əbədiləşdirib.
AZXEBER.COM xəbər verir ki, 40 yaşlı sabiq futbolçu 15 ilə yaxın müddətdə "Marsel”in şərəfini qoruyub və klub tarixinin ən simvolik oyunçularından biri hesab olunur.
Mandanda karyerası ərzində "Marsel”in heyətində 613 oyuna çıxıb. O, ötən ay futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Klub onun xidmətlərini qiymətləndirərək 30 nömrəli formanı rəsmi şəkildə "əfsanələrə məxsus” elan edib. Təntənəli mərasimdə komandanın keçmiş hücumçusu Mamadu Nianq və hazırkı müdafiəçisi Leonardo Balerdi iştirak ediblər.










































