400 min manatı ələ keçirən Rusiya vətəndaşı Bakıda həbs edildi

400 min manatı ələ keçirən Rusiya vətəndaşı Bakıda həbs edildi
KRİMİNAL
18:09 20.03.2026
223
Rusiya vətəndaşı Azərbaycanda kibercinayətkarlıq ittihamı ilə həbs edilib.

AZXEBER.COM xəbər verir ki, Vaysero Aleksandr Vladimiroviç banklardan birindən cinayət yolu ilə 400 min manatdan çox pul ələ keçirməkdə ittiham olunur.

O, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkatlıqla Mübarizə Baş İdarəsi tərəfindən tutularaq istintaqa cəlb edilib.

Toplanmış sübutlar əsasında Vaysero Aleksandr Vladimiroviçə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırma) maddəsi ilə yekun ittiham verilib.

/Qafqazinfo
OXŞAR XƏBƏRLƏR