400 minlik toyu olan məmur qızı ilk əri haqqında: Əxlaqsız qadın olduğumu deyib

400 minlik toyu olan məmur qızı ilk əri haqqında: Əxlaqsız qadın olduğumu deyib
SOSİAL
16:14 26.04.2018
6236
Bakıda xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının cinayət işi üzrə məhkəmə prosesi davam edir.
 
Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun icraatındadır. 

Xatırladaq ki, bu iş üzrə təqsirləndirilən Elşən Əsgərli Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Ayselin birinci əri olub. İş üzrə zərərçəkən də Aysel Şükürovanın ikinci həyat yoldaşı Oqtay Əhmədovdur.

İstintaqa şahid qismində ifadə verən Aysel Şükürova bildirib ki, Elşən Əsgərli ilə 2012-ci ildə ailə həyatı qurub: "2016-ci ildə rəsmi şəkildə boşanmışıq. Həmin nikahdan 1 övladımız olub. 2016-cı ildə Oqtay Əhmədovla ailə qurmuşam”. 

Məmur qızı istintaqda qeyd edib ki, Elşənlə evləndikdən bir müddət sonra onların arasında münasibət pozulmağa başlayıb: "Münasibətimiz pisləşəndən sonra Elşən mütəmadi olaraq məni döyürdü. Ailə arasında heç bir səbəb olmadan münaqişə yaradırdı. Lakin mən isə böyüklərimiz, qohumlarımız arasında pis olmamaq üçün bunlara dözürdüm və heç kimə demirdim. Lakin, 2015-ci ildə Elşənin mənə qarşı bu cür davranışına dözə bilmədim. Ayrılmaq qərarı verdim və həmin gündən həmin evdən çıxdım. 2016-cı ilin mart ayında rəsmi şəkildə Elşən Əsgərlidən ayrıldım. Lakin Elşən boşandıqdan sonra da məndən əl çəkmirdi. Mütamadi olaraq narahat edirdi. Sosial şəbəkələrdə məni şantaj edir, şəkillərimi paylaşaraq, yeni səhifələr yaradırdı. Oqtayla evlənəndən sonra bunlar daha da çoxaldı. Başladı barəmdə nəlayiq ifadələr yazmağa, məqsədi ailəmi dağıtmaq idi. Oqtayla nişanlı olduğum vaxt Elşən mənim barəmdə ona əxlaqsız qadın olduğumu demişdi. Məqsədi ailə qurmağıma əngəl yaratmaq idi”. 

Aysel Şükürova istintaqda hadisə günü ilə bağlı da danışıb. O, bildirib ki, 2017-ci il yanvarın 7-də Elşən Oqtay və əmisi Şahini görüşə çağırıb: "Onlar Gənclik metrostansiyası yaxınlığında görüşməyə vədələşiblər. Orda Elşən iki dostu ilə birlikdə Oqtayı döyüblər”. 

Şahid deyib ki,  Elşənlə evli olan zaman atası ona 10-EA-*** serialı nömrə nişanını hədiyyə edib: "Həmin vaxtı təzə ailə qurmuşduq. Atam hər ikimizin baş hərfinə uyğun olaraq bu nömərni mənə bağışlamışdı. Həmin vaxtı nömrənin sənədləşəmə işləri ilə Elşən məşğul idi. Boşanandan sonra həmin nömrəni Elşəndən tələb etsəm də, qaytarmadı. Sonrada eşitdim ki, Elşən bizi tanıyanlara danışıb ki, bu nömrədəki "E ”öz adıdır, "A” isə saxladığı fahişənin adı. Artıq bu söhbəti yoldaşım Oqtaya dedim. Oqtay da Elşənlə mübahisə edən zaman bu söhbəti yadına salıb, maşının üstündən həmin nömrəni söküb. Oqtayın həmin nömrəni götürməkdə heç bir tamah və başqa bir niyyəti olmayıb”. 

Qeyd edək ki, Qüdrət Şükürov qızının ikinci dəfə keçirilən toyuna  400 min manatdan çox pul xərcləməsi haqqında mətbuatda məlumatlar yayılıb.
 
///Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək