Arvadı ata evinə gedəndən sonra bacısının uşaqlarına baxmaq üçün gələn 14 yaşlı qız faciəyə məruz qaldı.Yeznəsi, 14 yaşlı baldıza təcavüz etdi, bu rəzalət kiçik qızın hamilə qalmasından sonra bəlli oldu.Cinayət Türkiyənin Samsun vilayətində törədilmişdi.Məhkəmə zamanı məlum olub ki, 2006-cı ildə 14 yaşlı E.K., 35 yaşlı bacısı Katibe T.-nin Tekkeköydəki evinə yollanıb. Kiçik qız bacısının iki kiçik uşağına baxmaq üçün getmişdi.Bacısı evdən çıxandan sonra qız başına gələnləri ağlına da gətirməzdi.41 yaşlı Hüsaməddin Turqu sərxoş vəziyyətdə evə qayıdıb və baldızını görcək, ona hücum çəkib. O, 14 yaşlı baldızını zorlayıb.Bundan sonra isə o, qıza "hadisədən kiməsə danışsan, başını kəsəcəyəm" deyib.9 ay sonra isə 14 yaşlı qız ana olub və bütün nəsil baş verən biabırçılığı anlayıb.Samsun məhkəməsinin qərarı ilə Hüsaməddin Turqu 20 il 5 ay müddətinə azadlıqdan məhrum olunub. /// milli.az