Sumqayıt şəhərində bədbəxt hadisə baş verib. Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasından verilən məlumata görə, 42 yaşlı qadın 5 mərtəbəli binanın 4-cü mərtəbəsindən yıxılaraq 3-cü mərtəbəyə düşüb. Sumqayıt şəhəri II mikrorayon 4447, 41 ünvanında yaşayan 1971-ci il təvəllüdlü Mehriban Süleymanova balkon uçduğu üçün III mərtəbəyə düşüb.