43 yaşlı ana, 24 yaşlı qız: Hər kəs onları bacı zənn edir - FOTOLAR

MAQAZİN
11:58 14.02.2020
10802
ABŞ-ın Kaliforniya Ştatında aralarında 24 yaş fərq olan ana və qızı görənləri şoka salıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər veririr ki, 43 yaşlı ana Joleen Diaz 19 yaşlı qızı ilə yaşıd kimi görsənir. Onları görən hər kəs bacı olduqlarını düşünür.
 
43 yaşlı ananın gənc qalmasının sirri 12-13 yaşından dərisinə yaxşı qulluq etməsidir. Xüsusi ilə pis vərdişlərdən uzaq qalması Joleeni daha gənc saxlayıb.
 
Joleenin sözlərinə görə,hər zaman sağlam həyat tərzi olub: "Hər zaman sağlam və aktiv həyat tərzi yaşamışam. Nadir hallarda spirtli içki qəbul edirəm. Dincəlməyimə hər zaman vaxt ayırıb, düzənli olaraq pəhriz saxlayıram. Dərimə xüsusi diqqət gösdərirəm. Hər səhər və hər gecə yatmadan öncə üzümü saf su ilə yuyuram.Ən əsası isə çox dərin düşünmənin insan həyatına ziyan olduğunu çox tez anladım.Zehnimi hər zaman gənc tutdum".
 
Ana və qızı hər şeyi birlikdə etdiklərini,həyatın dadını belə çıxardıqlarını bildiriblər.
 
Mələk Cabbar
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR