Cənubi Koreyalı aktrisa Li Seo Yi (əsl adı Song Soo-yeon) vəfat edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, xəbəri onun meneceri sosial şəbəkədə açıqlayıb.
Ölümün dəqiq səbəbi hələlik təsdiqlənməyib.
Qeyd edək ki, Lee Seo-yi 18 aprel 1982-ci ildə anadan olub və aktyorluq karyerasına 2013-cü ildə MBC-nin "Guam Heo Jun" dramında başlayıb. O, o vaxtdan bəri müxtəlif əsərlərdə, o cümlədən 'The King', 'Killing Romance' və SBS dram 'Cheongdam-dong Scandal' da rol alıb.
O, Hankuk Xarici Dillər Universitetində çex və slovak dillərində təhsil alıb və təhsilini Pusan Milli Universitetinin Lisansüstü Məktəbində davam etdirib.
Aysel