Gündəlik həyatımızda ən çox eşitdiyimiz ifadələrdən biri informasiya müharibəsidir. Televiziya, xəbər saytları və sosial şəbəkələr gündəlik olaraq informasiya müharibəsindən, onun iqtisadi, siyasi, hərbi və s. sahələrdə istifadəsindən danışır.
Hər kəsə bəllidir ki, müasir müharibə yalnız döyüş əməliyyatları ilə məhdudlaşdırılmır, o həmçinin diplomatiya, iqtisadi, informasiya və təbliğat sahəsində də davam edir. 44 günlük Vətən Müharibəsi də bütün bu amilləri özündə birləşdirdi və Azərbaycan hər sahədə düşmənə "qan uddurdu".
Azərbaycanın əzmli qələbəsi dünyaya bir daha sübut etdi ki, Azərbaycan xalqı öz torpaqlarının hər bir qarışı üçün dünyanın istənilən gücü ilə mübarizə aparmağa hazırdır. Müharibə dönəmində xalq ilə dövlətin ayrılmaz birliyi, vətəndaşların bir-biriləri arasında doğmalığı bu qələbənin əsas müjdəsi idi. İndi dünyanın istənilən nöqtəsində "Azərbaycan xalqı” ifadəsi deyiləndə ağıla ilk olaraq əzm, birlik, qəhrəmanlıq gəlir desək, yanılmarıq. Biz bu statusu Ordumuzun gücü, Ali Baş Komandanın əzmkar iradəsi və xalqımızın inamı sayəsində öz gücümüzə qazanmışıq.
Hər kəsə bəllidir ki, müasir müharibə yalnız döyüş əməliyyatları ilə məhdudlaşdırılmır, o həmçinin diplomatiya, iqtisadi, informasiya və təbliğat sahəsində də davam edir. 44 günlük Vətən Müharibəsi də bütün bu amilləri özündə birləşdirdi və Azərbaycan hər sahədə düşmənə "qan uddurdu".
Azərbaycanın əzmli qələbəsi dünyaya bir daha sübut etdi ki, Azərbaycan xalqı öz torpaqlarının hər bir qarışı üçün dünyanın istənilən gücü ilə mübarizə aparmağa hazırdır. Müharibə dönəmində xalq ilə dövlətin ayrılmaz birliyi, vətəndaşların bir-biriləri arasında doğmalığı bu qələbənin əsas müjdəsi idi. İndi dünyanın istənilən nöqtəsində "Azərbaycan xalqı” ifadəsi deyiləndə ağıla ilk olaraq əzm, birlik, qəhrəmanlıq gəlir desək, yanılmarıq. Biz bu statusu Ordumuzun gücü, Ali Baş Komandanın əzmkar iradəsi və xalqımızın inamı sayəsində öz gücümüzə qazanmışıq.
Bu tarixi qələbənin qazanılmasında hər kəsin öz payı var. Müharibə dönəmində jurnalistlərdən tutmuş sosial şəbəkədən istifadən edən azyaşlılara qədər informasiya müharibəsində də Ermənistanın dezinformasiyalarına qarşı mübarizə apardı. Yalan məlumatlarla dünyanın diqqətini fərqli istiqamətlərə yönəltmək istəyən Ermənistan dövlətinin və cəmiyyətinin atıdığı bu cür addımlara Azərbaycan faktlarla cavab verdi. Döyüş meydanında düşmənin dizini yerə gətirən Ordumuz və arxa cəbhədə xalq bu qələbənin vəhtətini təşkil etdi.
44 günlük müharibəsi dönəmində müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya çatdırılmasında Azərbaycan Prezidenti gecə-gündüz dayanmadan çalışırdı.
Prezident bu müddət ərzində xarici KİV-ə 30-dan çox müsahibə verdi. Heç bir dövlət başçısı bu qədər aparıcı KİV-in maraq dairəsində düşməyib. Bu müsahibələr, faktların ortaya qoyulması, hətta bəzən Ermənistanın maraqlarına xidmət edən sualların ünvanlanması zamanı Cənab Prezidentin siyasi uzaqgörənliyi sayəsində verdiyi cavablar onların susdurulmasına səbəb oldu.
Millət Vəkili Arzu Nağıyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, Prezident informasiya müharibəsində də çox dürüst şəkildə və faktlarla təxribatların qarşısını almağa nail oldu:
"Cənab Prezident Ali Baş Komandan kimi, eyni zamanda dövlət başçısı kimi bir neçə dildə bütün auditoriyanı, bütün qitələri tam şəkildə əhatə edən müsahibələr verirdi. İngilisdilli auditoriya üçün ingilis dilində, türkdilli auditoriya üçün türk dilində, MDB məkanı üçün rus dilində, yerli mətbuat üçün də öz dilimizdə çox ciddi, istər tarixi hadisələrlə bağlı, istər hərbi məsələlərdə gedən proseslərlə bağlı tam şəkildə və dürüst açıqlamalar və müsahibələr verirdi. Digər məsələ onda ibarədir ki, bir sıra xarici KİV, hətta ermənilərin havadarları olan dövlətlərin təmsilçiləri çalışırdılar ki, fikirləri başqa istiqamətlərə yönəltsinlər. Lakin Cənab Prezident çox dürüst şəkildə və faktlarla bunun da qarşısını almağa nail oldu”.
Arzu Nağıyev onu da qeyd edib ki, Prezidentin çıxışlarından sonra bir azərbaycanlı ana belə müharibənin dayanmasını istəmədi:
"Müharibə təkcə səngərlərdə getmirdi, qələbənin əsas meyarlarından biri də informasiya müharibəsidir. Azərbaycan xalqı Prezidentin "twitter" səhifəsini daim izləyir və paylaşım gözləyirdi. Bu, dünyada analoqu olmayan məsələdir. Qələbənin qazanılmasının başında Ali Baş Komandanın apardığı siyasət, qətiyyət, rəşadətli Azərbaycan Ordusu və Azərbaycan xalqı durdu.
Məhz Azərbaycan Prezidentinin müraciətlərindən, çıxışlarından, müsahibələrindən sonra da bir azərbaycanlı ana belə müharibənin dayanmasını istəmədi”.
Prezidentin müsahibə verdiyi KİV-dən Türkiyənin "TRT Haber”, "CNN-Türk”, "Haber Global”, "Haber Türk”, "NTV”, "A Haber” televiziyaları, Rusiyanın "Rossiya-1”, "RBK” televiziya kanalları, "Ria Novosti”, "TASS” agentlikləri, Fransanın "Sky News”, "France 24” televiziyaları, ABŞ-ın "Fox News” televiziyası, "Əl-Cəzirə”, "Euronews”, "CNN International”, "BBC News” və s. kimi aparıcı media oraqanlarının adını çəkmək olar ki, bunlar da müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ən önəmli media qurumlarıdır.
Prezident İlham Əliyev bildirmişdi: "Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur”.
Prezident İlham Əliyev informasiya müharibəsini hakimiyyətə gələn ilk gündən aparır. Sitat:
"Mən bütün beynəlxalq təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, tarixi həqiqətləri və mövcud vəziyyəti bütün həmkarlarıma çatdırmışdım. Mənim demək olar ki, bütün ikitərəfli beynəlxalq təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi xüsusi yer alır. Mənim bütün çıxışlarıma baxmaq kifayətdir. Son 17 il ərzində demək olar ki, bütün çıxışlarımda bu məsələ ilə bağlı öz fikrimi bildirmişdim, dünya ictimaiyyətini məlumatlandırmışdım.
1990-cı illərin əvvəllərində münaqişə ilə bağlı dünyada dolğun təsəvvür olmadığını, təhrif edilmiş, erməni lobbisi tərəfindən ortalığa atılmış məlumat olduğunu təəssüflə xatırladan dövlətimizin başçısı deyib: "Əks-təqdirdə, bizim torpaqlarımız işğal altına düşə-düşə Amerika Konqresi məşhur 907-ci düzəlişi qəbul etməzdi. Azərbaycan torpaqları işğal altına düşürdü, ancaq Amerika Konqresi Azərbaycanı təcavüzkar kimi tanımışdır və bizi humanitar yardımdan məhrum etmişdir. O vaxt erməni lobbisi buna nail oldu. Azərbaycan diplomatiyası, sadəcə olaraq, onların qarşısında adekvat addım ata bilməmişdir”.
Biz Xocalı soyqırımı haqqında dünyaya dolğun məlumat verdik. Xocalı soyqırımı haqqında dünyada məlumat yox idi. "Xocalıya ədalət!” kampaniyası, 10-dan çox ölkə tərəfindən Xocalı soyqırımının soyqırımı kimi tanınması demək olar ki, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni yaratdı və dünya ictimaiyyətinə çatdırdı.
Bəli, bu müraciətlər qələbənin təməl daşlarından biri idi. Biz bu gün qələbə qazanmış xalqıq, Qarabağ bu gün əsl sahiblərinin nəzarətindədir. Qarabağı bizə qaytaran Ordu, Ali Baş Komandan, xalq üçlüyü oldu.
Bu gün də Azərbaycanın hər bir vətəndaşı, xüsusən də gənclər və jurnalistlər informasiya müharibəsində çox fəaldırlar və bu hər zaman belə olmalıdır. Vətən müharibəsi bitsə də, informasiya müharibəsi davam edir və hər zaman davam edəcək.
Ali Baş Komandanın "Biz birlikdə güclüyük" sözlərini rəhbər tutan Azərbaycan xalqı bundan sonra da hər cəbhədə güclü olmalı və ölkəmizi sevməyən qüvvələrə qarşı bir olmalıdır.
Aydın Nuri
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
