44 günlük Vətən müharibəsindən bəhs edən "Zəfər yolu" kitabı nəşr edildi - VİDEO

44 günlük Vətən müharibəsindən bəhs edən "Zəfər yolu" kitabı nəşr edildi - VİDEO
SOSİAL
14:43 19.01.2022
423
 "Zəfər Yolu” kitabı Azərbaycan və ingilis dillərində nəşr olunub.
 
Kitabın müəllifləri Azərbaycan Yazıçılar birliyinin üzvü, prezident təqaüdçüsü tanınmış yazar İradə Əlili və müstəqil jurnalist Vüqar Şahinoğludur. 
 
Onların AZXEBER.COM-a müsahibəsini təqdim edirik:
 
 
- Yeni yazdığınız kitabın məzmunu nədən ibarətdir?

- Kitabımızın adı "Zəfər yolu" adlanır. Bu kitab 44 günlük müharibədən, torpaqları işğaldan azad olmuş insanların fikirlərindən, qələbə sevinclərindən və müharibənin zəfərlə başa çatmasından bəhs edir.

- Kitab neçə dildə çap olunub?

- Bu kitab Azərbaycan və ingilis dilində çap olunub. Burada Azərbaycanın 44 gündə qazandığı qalibiyyətdən, eyni zamanda Ali Baş Komandan İlham Əliyevin bir xalqı yumruq ətrafında necə birləşdirməsindən və 44 günlük müharibədə istər daxili, istərsə də xarici siyasətindən bəhs olunub. Bu kitabın ön sözünü vətənsevər deputat Ceyhun Məmmədov yazıb. Kitabın redaktesi əməkdar jurnalist Elnarə Dərziyevaya məxsusdur. Bu kitabın Türkiyə türkcəsinə də tərcümə olunması üçün çalışacağıq. Bu yaxın aylarda dərci planlaşdırılır. Bu dərcini Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi Kəmalə Ələkbərova təmənnasız olaraq öz üstünə götürüb. Bu kitabın Ukrayna dilinə də tərcüməsi nəzərdə tutulur. Bununla bağlı danışıqlar gedir. Bununla bağlı kitabın təqdimat mərasiminin də keçirilməsi planlaşdırılır. Bu kitabda, həmçinin 15-ə yaxın müsahibə yer alıb. İctimaiyyət və media nümayəndələrinin fikirlərinə xüsusi önəm verilib. İradə xanım bu kitabın yazılmasını mənə təflif edəndə çox sevindim və böyük məmnuniyyətlə qəbul etdim. 44 günlük Zəfər savaşında xarici təxribatçı mətbuat orqanlarına necə cavab verdiyinin də şahidi olduq. Prezidentin atdığı uğurlu addımları hamımız gördük və bütün bunlar kitabın giriş hissəsində xüsusi qeyd olunub. Bu kitabı yazmaqda məqsəd gələcək nəsillərə ərmağan olunmasıdır. Məlumat üçün onu da qeyd edim ki, bu kitab satış üçün nəzərdə tutulmayıb. Məhdud sayda çap olunub və müvafiq dövlət orqanlarına, xaricdə fəaliyyət göstərən diaspor nümayəndələrinə təqdim olunacaq. Bu kitabın yazılmasında heç bir maliyyə dəstəyi olmayıb, çünki İradə xanım kitabın maliyyə xərclərini öz üstünə götürüb. Digər komanda isə bu kitabın üzərində təmənnasız işləyib.

- İradə xanım, sizin bu kitaba öz rəyiniz necədir?

- Yazdığım kitablardan razı deyiləm, daha çox məlumatlar toplaya bilərdim, daha çox üzərində işləyə bilərdim. Amma bu gün informasiyanı biz hazırlayıb, verməliyik. İnformasiyaları toplayana qədər vaxt gedir. Vüqarla mən artıq bir il yarımdır ki, bu kitab üçün çalışırıq. Zəfər gününün bir illiyində biz bu kitabı çap etdirdik. Daha böyük rakursdan yanaşmaq olardı, amma biz istədik ki, dövlət üçün kiçik də olsa, öz əməyimizi, zəhmətimizi ortaya qoya bilək. Bu kitabın daha böyük miqyas alması isə Vüqarın üzərinə düşür. O, sərbəst müəllif olaraq 2-3-cü kitabları üzərində çalışacaq, mən də ona bu barədə kömək edəcəm. Mən əsasən gənclərlə işləməyə üstünlük verirəm.

- Kitabda kimlərin fikirlərinə yer verilib?

- Tanınmış ictimaiyyət və media nümayəndələrinin fikirləri yer alıb. Misal olaraq, Heydər Əliyev adına liseyin direktor müavini Günay xanım, teleaparıcı Nigar xanımın, tanınmış jurnalist Mətanət xanımın, "Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın və s. insanların fikirlərinə yer verilib.
 
Ayşən Mirzəyeva,
Hüseyn Həsənov 
OXŞAR XƏBƏRLƏR