44 milyardı olan kişidə xərçəng aşkarlandı

MARAQLI
10:35 18.04.2012
1710
Amerikalı milyarder, “Berkshire Hathaway” investisiya holdinqinin rəhbəri, 81 yaşlı Uorren Baffet prostat xərçənginə tutulduğunu açıqlayıb. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, o, şirkətin səhsdarları üçün xüsusi bəyanatında bildirib ki, xəstəlik başlanğıc mərhələsindədir.“Yaxşı xəbər budur ki, həkimlərin sözlərinə görə, xəstəliyin həyatım üçün təhlükəsi yoxdur. Keçirilən tibbi analizlər göstərdi ki, xərçəng bədənimin başqa hissələrinə yayılmayıb”, - iş adamının bəyanatında deyilir.Uorren Baffetin sözlərinə görə, iyulun ortalarında iki aylıq radioterapiya kursuna başlayacaq. “Bu, mənim hərəkətimi məhdudlaşdıracaq, amma gündəlik həyat tərzimi dəyişdirməyəcək”, - deyən milyarder əmin edib ki, özünü əla hiss edir və enerjisi azalmayıb.Uorren Baffet 1930-cu ildə ABŞ-da anadan olub. O, 1965-ci ildən “Berkshire Hathaway” investisiya holdinqinə rəhbərlik edir, müxtəlif illərdə isə “Vaşinqton Post”, “Koka-Kola” və başqa şirkətlərin direktorlar şurasında təmsil olunub.
OXŞAR XƏBƏRLƏR