"Ürək qüsurlarının aradan qaldırılması dövlət büdcəsi hesabına qarşılanır".
AZXEBER.COM xəbər verir ki, bu barədə Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova məlumat verib.
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Bona Dea Hospitalında uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması üzrə ümumilikdə 44 tibbi xidmət dövlət büdcəsi hesabına qarşılanır.
Bu xidmətlərə ürək qapaqlarının təmiri və ya dəyişdirilməsi, ürəkətrafı kisənin açılması, qulaqcıqarası, mədəcikarası çəpər defektlərinin protezlə bərpası, kəskin ürək çatışmazlığında qanın oksigenlə zənginləşdirilməsi və digər tibbi prosedurlar daxildir".
Günel