Ceyson Momoa Puerto-Rikolu aktrisa Adria Arjona ilə sevgilidir.
AZXEBER.COM xəbər verir ki, cütlük "instaqram"da birgə fotolarını yayımlayaraq münasibətlərini təsdiqləyib.
44 yaşlı aktyor "Comic Con" festivalında pərəstişkarlarının sualını cavablandıraraq yeni münasibətlərindən danışsa da, sevgilisinin adını çəkməmişdi.
Adrianın Momoanın qısa müddət öncə görüşdüyü aktrisa Eiza Qonzalesə olan bənzərliyi diqqət çəkib.
Arjona "Mən qatil deyiləm”, "Morbius”, "Andor” və digər filmlərdəki rolları ilə tanınır.
Aysel