“Söz tapa, fikirlərimi izah edə bilmirəm. Öncə hesaba görə nəticəyə görə komanda azarkeşlərindən üzr istəyirəm. 45 ilə yaxındır futbolun içindəyəm, indiyədək belə şey görməmişdim”.
AZXEBER.COM Apasport.az saytına istinadən xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Makkabi”yə məğlubiyyətdən sonra deyib.
Uelsli mütəxəssis 0:8 hesabı ilə uduzduqları oyuna şərh verməkdə çətinlik çəkdiyini bildirib: “Məsuliyyəti öz üzərimə götürürəm. Mən də nəticənin belə olmasını istəməzdim. Çox-çox üzr istəyirəm. İstefaya gəlincə, indi pis vəziyyətdəyəm. Ola bilsin bəzi futbolçular istefama sevinsin. Ola bilsin, baş məşqçi qalsın, həmin futbolçular getsin. 1 nəfəri göndərmək bütün komandanı göndərməkdən daha asandır. Onlardan bəziləri əvvəldən göndərilməli idi”.
Azərbaycan klubları avrokuboklarda indiyədək öz meydanında ən ağır məğlubiyyəti aldı ki, bu da Toşakın vaxtına təsadüf etdi. Bu barədə danışan Toşak futbolçuları günahlandırıb: “Onlar Maltada, İsraildə beş ulduzlu otellərdə qaldılar, hər cür şərait yaratdılar. Avtobusda azacıq isti olan kimi şikayət edirdilər. Bütün hallarda, məni tənqid eləmək daha məqsədəuyğundur. Çünki onları komandada mən saxlamışam. Əlimi göyə qaldırıram, bütün günah məndədi”.
Azarkeşlərin istefa şüarına gəlincə, uelsli mütəxəssis əvvəl çalışdığı klublarda da bununla rastlaşdığını bildirib: “Bəli, məni əvvəllər də istefaya səsləyiblər”