46 saylı Şirvan Seçki Dairəsindən namizədlərin sayı azalır.
Məlumat üçün bildirək ki, adı çəkilən seçki dairəsindən bu günədək 4 nəfər namizədliyini geri götürüb. Bunlar İsmayıl Nadirli, Peyman Sadıqov, Əsmər Əliyeva və Həsən Həsənovdur.
Qeyd edək ki, yanvarın 26-da "Şirvan şəhər Mədəniyyət evi”ndə həmin seçki dairəsindən ən fəal namizdələrdən biri olan Zabit Əlizamin oğlu Gülüşün seçicilərlə keçirdiyi görüşündə namizdəliyini geri götürən Həsən Həsənov çıxış edərək Zabit Gülüşə dəstək olduğunu bildirib.
Hazırda 12 namizəd bu dairədən mübarizəni davam etdirir.