46 yaşlı aktyor qəzada öldü

46 yaşlı aktyor qəzada öldü
MAQAZİN
19:24 19.09.2025
115
Amerikalı aktyor Bred Everett Yanq avtomobil qəzasında dünyasını dəyişib.

AZXEBER.COM xəbər verir ki, 46 yaşlı aktyor Kaliforniyada sükan arxasında olarkən qəfildən əks istiqamətdə hərəkət edən başqa bir avtomobillə toqquşub.

O, hadisə yerində ölüb. Qəzaya görə məsuliyyət daşıyan sürücü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Yanq aktyorluğa 1990-cı illərin sonlarında başlayıb. O, "Çarlinin mələkləri", "Sevgi və basketbol", "Yura Parkı III"  kimi filmlərdə çəkilib.
OXŞAR XƏBƏRLƏR