46 yaşlı kişi güllələnərək öldürüldü - Keçmiş qaynı tutuldu

46 yaşlı kişi güllələnərək öldürüldü - Keçmiş qaynı tutuldu
SOSİAL
08:42 29.07.2026
150
Gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Famil Lətifov yaşadığı evin həyətində ov tüfəngi ilə qətlə yetirilib.

Qətldə 1966-cı il təvəllüdlü Natiq Sadıqov şübhəli bilinir. Onun sərxoş vəziyyətdə keçmiş kürəkənini yaşadığı evin həyətində baş vermiş münaqişə zəminində öldürdüyü deyilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N.Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR