46 yaşlı kişi intihar etdi

46 yaşlı kişi intihar etdi
SOSİAL
15:23 27.12.2016
834

Bu gün Xaçmaz rayonunda intihar faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Qaraçaycek kəndində kənd sakini, 1970-ci il təvəllüdlü Hidayətov Bəxtiyar Bərkdəmir oğlu özünü yaşadığı evin birinci mərtəbəsində asıb. Meyit ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

İntiharın səbəbləri araşdırılır. 

B. Hidayətovun 3 övladı var. 

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR